Donarumma: “Bu bataqlıqdan çıxmalıyıq”
Donnarumma: “Danışmağa sözüm yoxdur – bu bataqlıqdan çıxmalıyıq”.
90plus.az xəbər verir ki, 2026 Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində Norveçə 0-3 hesabı ilə uduzan İtaliyanın aparıcı qapıçısı Canluici Donnarumma jurnalistlərə emosional açıqlama verib:
“Hazırda heç bir izahatım yoxdur. Sadəcə içimizə dönüb bu axşamkı oyunun fərqinə varmalıyıq. Azarkeşlərimiz bu cür çıxışı haqq etmir.”
“Biz bu oyunlardan birlikdə çıxmalıyıq. Vicdanımızı yoxlamalıyıq" (📰: Rai Sport).
İtaliya seçmə mərhələdəki ilk oyununu keçirirdi və Norveçin ilk hissədəki sərt və effektiv oyunu nəticəsində Alexander Sorlot, Antonio Nusa və Erling Haalandın vurduğu qollarla darmadağın oldu.
İtaliya hazırda I qrupda 4-cü yerdə qərarlaşıb. Norveç 3 oyundan 9 xal toplayaraq qrup lideridir. Eyni qrupda Estoniya, Moldova və İsrail də mübarizə aparır.
İtaliya millisi 2014-cü ildən bəri Dünya Çempionatına vəsiqə qazana bilməyib.
“Bu dəyişiklik bizdən başlamalıdır. Biz İtaliyayız və belə matçlar qəbuledilməzdir… Daha çox birlik içində olmalıyıq,” – deyə Donnarumma əlavə edib.
Qeyd: Donnarumma bu yaxınlarda başa çatan mövsümdə "Pari Sen Jermen" ilə Çempionlar Liqası, Fransa çempionluğu, Fransa Kuboku və Fransa Superkuboku titullarını qazanıb.
© Copyright 2026, All Rights Reserved