El Klassiko: Kurtua var, Mbappe yoxdur
Mbappe “El Klasiko”nu buraxacaq — Kurtua heyətdədir.
90plus.az xəbər verir ki, “Real Madrid” bu gün keçiriləcək “El Klasiko” öncəsi ciddi itki ilə üzləşib. Komandanın hücumçusu Kilian Mbappe “Barselona”ya qarşı oyunda iştirak etməyəcək. Fransalı futbolçu hətta matçın iştirak ərizəsinə də daxil edilməyib.
Məlumata görə, Mbappe oyunöncəsi son məşqdə özünü yaxşı hiss etməyib. Tibbi müayinələrdən sonra onun zədəsini tam bərpa etmədiyi müəyyənləşib və məşqçilər korpusu riskə getməmək qərarı verib.
Madrid təmsilçisi üçün sevindirici xəbər isə Tibo Kurtua ilə bağlıdır. Belçikalı qapıçı zədəsini tam sağaldıb və “El Klasiko” üçün heyətə qaytarılıb. Onun bu axşam start heyətində meydana çıxacağı gözlənilir.
Qeyd: “Barselona” – “Real Madrid” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved