Messi MLS-də yeni rekord qırdı
Messidən möhtəşəm performans — MLS tarixində yeni rekord qırıldı.
90plus.az xəbər verir ki, “İnter Mayami” MLS-də növbəti qələbəsini qazanıb. Mayami təmsilçisi səfərdə “Toronto”nu 4:2 hesabı ilə məğlub edərək ötən həftə “Orlando City”yə qarşı uğursuz matçın əvəzini çıxıb.
Komandanın əsas qəhrəmanı isə yenə Lionel Messi olub. Argentinalı superulduz görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu performans sayəsində Messi MLS tarixində 50 qol+assist həddinə ən sürətli çatan futbolçu adına sahib çıxıb. O, buna cəmi 64 oyunda nail olub.
Messinin MLS statistikası:
38 yaşlı futbolçu ümumilikdə peşəkar karyerasında isə artıq 907 qol və 410 assistə imza atıb.
Bu nəticədən sonra “İnter Mayami” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Toronto” isə 9-cu sırada yer alır.
© Copyright 2026, All Rights Reserved