“Turan” avrokuboklarda, “Karvan” Premyer Liqadan düşdü
“Turan” rəsmən avrokuboklarda – “Karvan” Premyer Liqa ilə vidalaşdı.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda “Turan” doğma meydanda “Karvan”ı minimal hesabla məğlub edib.
Tovuz təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Oyunda yeganə qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.
Bu nəticədən sonra “Turan” mövsümü ən azı 3-cü pillədə başa vurmağı təmin edib. Bununla da qərb təmsilçisi minimum Konfrans Liqasına vəsiqəni rəsmiləşdirərək tarixində növbəti dəfə avrokuboklarda iştirak hüququ qazanıb.
Məğlubiyyət isə “Karvan” üçün ağır nəticə ilə yadda qalıb. Yevlax klubu Premyer Liqanı sonuncu pillədə başa vuracağı üçün elitadan rəsmən düşüb.
Qeyd: 31 turdan sonra “Turan” turnir cədvəlində 3-cü, “Karvan” isə 12-ci sıranı tutub.
© Copyright 2026, All Rights Reserved