Erik ten Haaqın Romaya gəlişi sirr olub
Erik ten Haq Roma - Yuventus (1:1) oyununda “Olimpiko” stadionunda olub.
90plus.az xəbər verir ki, onun bu matça gəlişi müəmma olsa da, keçmiş “Man Yunayted” və “Ayaks” məşqçisi hələ də iş axtarışındadır.
Niderlandlı mütəxəssis "Roma"da göründükdən sonra gələcəyi ilə bağlı şayiələrə yol açıb. O, 2024-cü ilin oktyabrında İngiltərə klubu tərəfindən qovulandan bəri işsizdir.
Amma maraqlı məqam var: Noyabrda "Roma"da vəzifəsinin icrasına başlayan baş məşqçi Ranyeri Daniele De Rossi və İvan Yuriçin gedişindən sonra "Roma"nın bu mövsümkü üçüncü çalışdırıcısıdır.
Ranyerinin gəlişindən sonra “Roma” əhəmiyyətli irəliləyiş göstərib. Komanda aşağı liqaya düşmək təhlükəsindən avrokuboklara düşmək uğrunda mübarizəyə keçdi və indi sona 7 oyun qalmış Çempionlar Liqasına vəsiqədən cəmi dörd xal uzaqdadır. Dekabrın 15-dən bəri A Seriyasında uduzmayıblar və ardıcıl yeddi qələbə qazanıblar.
© Copyright 2026, All Rights Reserved