FIFA futbola dəyişikliklər gətirir - Qaydalar yenilənir
2025-ci ildə ABŞ-da baş tutacaq FIFA Klublararası Dünya Çempionatı bir sıra yeniliklərlə fərqlənəcək.
90plus.az xəbər verir ki, bu turnirdə həm qapıçılar, həm də hakimlərə dair yeni qaydalar qüvvəyə minəcək.
14 iyun - 13 iyul tarixlərində keçiriləcək bu yarışda yeniliklər ilk dəfə tətbiq olunacaq.
Hakimlər də texnologiyadan daha çox faydalanacaqlar – onlar oyun zamanı bədənlərinə kamera taxacaqlar. Bu cihazlar vasitəsilə tamaşaçılar oyunu birbaşa hakimin baxış bucağından izləyə biləcəklər.
Bundan başqa, qapıçıların vaxt uzatmasının qarşısını almaq məqsədilə müəyyən limit təyin olunub. Belə ki, qapıçı topu əlində ən çoxu 8 saniyə saxlaya bilər. Bu vaxtı keçərsə, qarşı tərəfə künc zərbəsi veriləcək.
FIFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina məsələ ilə bağlı belə deyib:
“Azarkeşlərin hakimin nəyi gördüyünü görə bilməsi onlar üçün tamamilə yeni bir təcrübə olacaq. Bu, izləyicilərə fərqli və maraqlı imkanlar təqdim edəcək.”
© Copyright 2026, All Rights Reserved