Finalın qəhrəmanı 1 aylıq zədələndi
PSJ-də pis xəbər: Safonov 1 ay meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov zədələnib. 26 yaşlı futbolçunun əlində sınıq aşkarlanıb və onun təxminən 1 ay müddətinə meydanlardan uzaq qalacağı bildirilib.
FIFA Qitələrarası Kubokunun finalında PSJ normal vaxtı 2:2 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında “Flamenqo”nu 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı. Həmin qarşılaşmada Safonov həlledici rol oynayıb və rəqib futbolçuların yerinə yetirdiyi 4 penaltidən ikisini dəf edərək komandasına qələbə qazandırmışdı.
Matçdan sonra PSJ-nin baş məşqçisi Luis Enrike Safonovun zədəsi ilə bağlı açıqlama verib. İspan mütəxəssis bunları deyib:
“Safonov iki penaltini sınıq əl ilə qaytardı. Adrenalini o qədər yüksək idi ki, ağrını hiss etmədi. Onun enerjisi inanılmaz idi.”
Müayinələrdən sonra Safonovun əlində sınıq olduğu təsdiqlənib və təcrübəli qolkiperin 1 ay müddətində yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
© Copyright 2026, All Rights Reserved