"Fiorentina" qapıçısı üçün "kisənin ağzını açdı"
"Fiorentina" klubu qapıçı David De Xea ilə olan müqaviləsini uzatmaq niyyətindədir.
90plus.az xəbər verir ki, İtaliya təmsilçisi 34 yaşlı ispaniyalının hazırda aldığı 2 milyon avro maaşı ikiqat artırmağa razıdır. Futbolçunun klubla olan mövcud razılaşmasına əsasən, müqavilə əlavə bir il müddətinə uzadıla bilər.
Xatırlatma: David De Xea ötən yay transfer dönəmində "Fiorentina"ya azad agent statusunda qoşulub. O, bundan öncə 2023-cü ilin yayında "Mançester Yunayted"dən ayrılmışdı.
© Copyright 2026, All Rights Reserved