“Fənərbağça” Trabzonda 3 xalı çətin aldı
“Fənərbağça”dan Trabzonda əzmkar qələbə – 5 qol, 3 xal!
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 22-ci turunda “Fənərbağça” səfərdə “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edib.
“Papara Park”da keçirilən qarşılaşma olduqca gərgin və məhsuldar alınıb:
Trabzonspor 2 - 3 Fənərbağça
E. Muçi 6’
A. Talişka 15’
M. Aktürkoğlu 34’
P. Onuaçu 43’
M. Asensio 48’
Qollar: https://t.me/doxsanplus/114434
Beləliklə, Domeniko Tedesko rəhbərliyindəki İstanbul təmsilçisi çətin səfərdən 3 xalla dönüb. Bu nəticədən sonra “Fənərbağça” xallarının sayını 52-yə yüksəldib və zirvə yarışında iddiasını davam etdirib. “Trabzonspor” isə 45 xalla 3-cü pillədə qalıb.
Türkiyə Super Liqasında çempionluq mübarizəsi daha da gərginləşir.
© Copyright 2026, All Rights Reserved