"Globe Soccer – 2025”: Onlar seçildilər
"Globe Soccer Awards – 2025” mükafatlarının qalibləri açıqlanıb.
90plus.az xəbər verir ki, Dubayda futbol dünyasının nüfuzlu tədbirlərindən biri olan “Globe Soccer Awards – 2025” mükafatlandırma mərasimi keçirilib. İl ərzində klub və milli komandalar səviyyəsində fərqlənən futbolçular, məşqçilər və funksionerlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Mərasimdə ən çox diqqət çəkən klub PSJ olub. Paris təmsilçisi həm fərdi, həm də komanda nominasiyalarında bir neçə mükafata sahib çıxıb.
“Globe Soccer Awards – 2025” qalibləri:
Ən yaxşı oyunçu – Usman Dembele (PSJ)
Ən yaxşı məşqçi – Luis Enrike (PSJ)
Ən yaxşı Yaxın Şərq oyunçusu – Kriştiano Ronaldo (“Əl-Nəsr”)
Ən yaxşı gənc oyunçu – Dezire Due (PSJ)
Ən yaxşı hücumçu – Lamin Yamal (“Barselona”)
Ən yaxşı yarımmüdafiəçi – Vitinya (PSJ)
Ən yaxşı kişi komandası – PSJ
Ən yaxşı milli komanda – Portuqaliya
Ən yaxşı qadın oyunçu – Aytana Bonmati (“Barselona”)
Ən yaxşı qadın komandası – “Barselona”
Ən yaxşı agent – Jorje Mendeş
Ən yaxşı idman direktoru – Luis Kampos (PSJ)
Ən yaxşı klub prezidenti – Nasser Əl-Xelaifi (PSJ)
Ən yaxşı karyera – Andres İnyesta və Hidetoşi Nakata
İlin geridönüşü – Pol Poqba (“Monako”)
Ən yaxşı klub brendinqi – “Los-Anceles”
Qeyd: “Globe Soccer Awards” hər il futbol sənayesində həm idman, həm də idarəçilik baxımından fərqlənən şəxsləri və klubları mükafatlandırır.
© Copyright 2026, All Rights Reserved