Haland bu dəfə öz ölkəsinin adına rekord qırdı
Haland Norveçlə oyunda rekorda imza atdı.
90plus.az xəbər verir ki, Millətlər Liqası B Liqası 3-cü qrupun 3-cü həftəsində Norveç və Sloveniya "Ullevaal Stadionu"nda qarşılaşdı.
Norveç görüşü 3-0 hesabı ilə qazandı. Şimal komandasının qollarını 7-ci və 62-ci dəqiqələrdə Erlinq Haland, 52-ci dəqiqədə isə Sörlot vurdu.
Bu nəticə ilə Norveç xallarını 7-ə çatdırdı, Sloveniya isə 4 xalda qaldı.
HAALAND TARİXƏ DÜŞDÜ
Sloveniyanın qapısına qol vuran Erlinq Haland bu qolla tarixə düşdü.
24 yaşlı futbolçu, Norveç milli komandasında çıxdığı 36 oyunda 34 qol vuraraq, Norveç milli komandasının ən çox qol vuran futbolçusu oldu. Haaland, 1928-1937-ci illər arasında 45 oyunda 33 qol vuran Yorgen Yuvenin rekordunu qırdı.
© Copyright 2026, All Rights Reserved