İlin ən yaxşı hakimi elan olundu
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) mövsüm ərzində göstərdikləri performansa əsaslanaraq dünya futbolunun ən yaxşı hakimlərini qiymətləndirib və “İlin hakimi”ni rəsmi şəkildə açıqlayıb.
90plus.az xəbər verir ki, reytinqdə birinci yeri fransalı hakim Kleman Türpen tutub. O, ümumilikdə 65 xal toplayaraq ilin ən yaxşı hakimi adına layiq görülüb.
İkinci yer Fransadan Fransua Leteksye və Polşadan Şimon Marçinyak arasında bölüşdürülüb. Hər iki hakim 55 xal qazanıb.
Macarıstandan İştvan Kovaç 54 xalla dördüncü pillədə qərarlaşıb. Onu İngiltərədən Maykl Oliver (53 xal) və Almaniyadan Feliks Tsvaayer (45 xal) izləyib.
Yeddinci yeri isə mövsümü 41 xalla başa vuran Sloveniyadan Slavko Vinçiç tutub. Bununla da IFFHS tərəfindən tanınan ən yaxşı hakimlərin siyahısı tamamlanıb.
© Copyright 2026, All Rights Reserved