İngiltərədə ayın komandası "Çelsi" oldu
İngiltərə Premyer Liqasında sentyabr ayının mükafatları açıqlanarkən, "Çelsi" mükafatları topladı.
90plus.az xəbər verir ki, Premyer Liqanın rəsmi internet saytında bununla bağlı verilən açıqlamada, "Çelsi"nin baş məşqçisi Enzo Mareska və oyunçulardan Koul Palmer mükafata layiq görüldü. Sentyabr ayının baş məşqçisi Mareska, ayın futbolçusu isə Palmer oldu.
Koul Palmer sentyabr ayında liqada oynadığı 4 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə ilə çıxış edib. 22 yaşlı futbolçu, həmçinin "Brayton və Hov Albion" qarşılaşmasında 4 qol vuraraq liqa tarixində ilk yarıda 4 qol vuran ilk oyunçu oldu.
"Çelsi" sentyabr ayında Premyer Liqada "Bornmut", "Vest Hem Yunayted" və "Brayton və Hov Albion"u məğlub etdi, "Kristal Pelas" ilə isə heç-heçə oynadı.
© Copyright 2026, All Rights Reserved