İqor Tüdor “Yuve”də müvəqqəti yox, daimi oldu
"Yuventus" futbol klubu baş məşqçi İqor Tudoru 2025/26 mövsümündə də vəzifəsində saxlayacağını təsdiqləyib.
90plus.az xəbər verir ki, bu qərarı klubun yeni baş direktoru Damien Komolli açıqlayıb:
“Biz qərara gəldik ki, İqorla yalnız FIFA Klub Dünya Kuboku üçün deyil, həm də növbəti mövsüm üçün davam edək.”
47 yaşlı xorvatiyalı mütəxəssis mart ayında Tiaqo Mottanın istefasından sonra müvəqqəti baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında "Yuventus" A Seriyasında dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Komolli Tudorun "Marsel"dəki əvvəlki işini də yüksək qiymətləndirib və onun komandasının intizamlı və enerjili oyununu vurğulayıb.
"Yuventus"un 2025 FIFA Klubların Dünya Kubokundakı rəqibləri arasında "Mançester Siti", "Vidad" və "Əl-Əin" klubları yer alır. Turnir 18-26 iyun tarixləri arasında keçiriləcək.
Komolli PSJ-dən icarəyə götürülmüş Randal Kolo Muaninin turnirdə iştirak edəcəyini və onun klubda qalması üçün danışıqların davam etdiyini bildirib. O, həmçinin komandanın əsas qolçusu Duşan Vlahoviçlə də görüşərək onun gələcək planlarını müzakirə etməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved