İrandan Təbriz klubuna ağır cəza gəldi!
“Traktor” klubuna azarkeşsiz oyun və cərimə qərarı gəldi!
90plus.az xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor” klubu İran Kuboku çərçivəsində həm ev, həm də səfər oyunlarını azarkeşsiz keçirməlidir. Bu qərarı İran Futbol Federasiyası və İntizam Komitəsi qəbul edib.
Qərar “Traktor”un Tehran təmsilçisi “Persepolis” ilə oynadığı qarşılaşmadan sonra verilib. Klub həmçinin 3 milyard tümən (təxminən 100 min manat) məbləğində cərimələnib.
Beləliklə, Cənubi Azərbaycan klubu qarşıdakı kubok matçlarını tribunaların boş olması şəraitində keçirməli olacaq və həm maddi, həm də azarkeş baxımından çətinliklə üzləşəcək.
© Copyright 2026, All Rights Reserved