Lamin Yamala 400 min dollarlıq saat verdilər
Lamin Yamal "Globe Soccer Awards" mərasimində Maradona mükafatını qazandığı üçün 400 min dollar dəyərində saatla təltif olunub.
90plus.az bildirir ki, Lamin Yamal 2025-ci il üzrə "Globe Soccer Awards" mərasimində Maradona mükafatının qalibi olub.
Mükafatı qazandıqdan sonra Laminə dəyəri 400 min dollar olan "Jacob & Co. Bugatti" xüsusi buraxılış qol saatı hədiyyə edilib.
Maradona mükafatı mövsüm ərzində ən texnikalı futbolçuya verilir və bu baxımdan Lamin Yamaldan daha uyğun namizəd yoxdur.
18 yaşlı futbolçu üçün bu il son dərəcə uğurlu alınıb. O, “Barselona”ya İspaniyada mümkün olan hər üç titulu qazanmaqda kömək edib.
© Copyright 2026, All Rights Reserved