Lando Norris 3-cü dəfə ən sürətli oldu
Formula 1 Dünya Çempionatının 18-ci yarışına Sinqapur ev sahibliyi etdi.
90plus.az xəbər verir ki, Sinqapurdakı 4,94 kilometrlik Marina Bay küçə trasında keçirilən yarış 62 dövrə üzərində baş tutdu.
Yarışa "pole" mövqeyindən başlayan Lando Norris birinci yerdə finişə çataraq bu mövsümdəki üçüncü yarış qələbəsini qazandı.
Çempionatın lideri Maks Verstappen ikinci yerdə yarışı bitirdi, keçən həftə Azərbaycanda qələbə qazanan McLaren pilotu Oscar Piastri isə üçüncü oldu.
Bu mövsümdə keçirilən yarışlarda Maks Verstappen 7 dəfə birinci yeri tutduğu halda, Lando Norris 3 dəfə, Lewis Hamilton, Charles Leclerc və Oscar Piastri iki dəfə, George Russell və Carlos Sainz isə bir dəfə podiumun zirvəsinə yüksəlib.
Bu yarışdan sonra lider Maks Verstappen ilə Lando Norris arasındakı xal fərqi 52-yə enib.
© Copyright 2026, All Rights Reserved