"Liverpul" hücumçusu ilə yolları ayırır
"Liverpul" klubunun hücumçusu Darvin Nunes yay transfer dönəmində komandadan ayrılacaq.
90plus.az xəbər verir ki, uruqvaylı forvard artıq qərarını verib. "Liverpul" rəhbərliyi də bu ayrılığa anlayışla yanaşır.
Yanvar ayında Nunesin Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçidi reallaşa bilərdi, lakin "mersisayd" təmsilçiləri onu mövsüm bitənə qədər satmaqdan çəkiniblər.
Darvin 2022-ci ildə "Benfika"dan 75 milyon + 25 milyon avro müqabilində "Liverpul"un heyətinə qoşulub. O, cari Premyer Liqa mövsümündə 25 matçda iştirak edib və 5 qola imza atıb.
© Copyright 2026, All Rights Reserved