Luis Enrike 2025-ci ilin ən yaxşı baş məşqçisi seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb. Səsvermənin nəticələrinə əsasən bu nüfuzlu ada PSJ-nin çalışdırıcısı Luis Enrike layiq görülüb.
90plus.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2025-ci ildə Fransa nəhəngi ilə möhtəşəm mövsüm keçirib. Onun rəhbərliyi altında PSJ altı titul qazanaraq mövsümə damğa vurub. Bu uğurlar sırasında Çempionlar Liqası, Fransa çempionatı (Liq 1), Fransa Kuboku, UEFA Superkuboku və FIFA Qitələrarası Kuboku yer alır.
Qeyd edək ki, IFFHS futboldan kənar, müstəqil fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Federasiya futbol tarixini sənədləşdirir, statistik məlumatlar toplayır və hər il dünyanın ən yaxşı oyunçuları, məşqçiləri, komandaları və çempionatları üzrə mükafatlar təqdim edir. Təşkilat FIFA-ya tabe olmasa da, onun reytinqləri və mükafatları dünya futbol ictimaiyyəti tərəfindən geniş şəkildə tanınır və istinad olunur.
Luis Enrikenin bu mükafata layiq görülməsi onun 2025-ci ildə bütün turnirlərdə nümayiş etdirdiyi taktiki ustalığın və tam üstünlüyün göstəricisi kimi dəyərləndirilir.
© Copyright 2026, All Rights Reserved