“Makkabi” cütün favoritidir” Renduliç
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bəxtlərinə çıxan rəqibi dəyərləndirib.
90plus.az xəbər verir ki, Renduliç klubun saytına açıqlamasında “Makkabi Hayfa” (İsrail) haqqında bunları deyib:
“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq. “Makkabi”nin bu cütün favoriti olduğu aydındır. Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd: "Sumqayıt" ilk matçı iyulun 25-də səfərdə keçirəcək. Avqustun 1-də isə öz evində oynayacaq.
© Copyright 2026, All Rights Reserved