"Marsel"in sabiq məşqçisi vəfat etdi
"Marsel"in sabiq baş məşqçisi Jan-Lui Qasse vəfat edib. O, 72 yaşında dünyasını dəyişib, ölüm səbəbi açıqlanmayıb.
90plus.az xəbər verir ki, Qassenin son iş yeri 2025-ci ilin aprelində ayrıldığı "Monpelye" olub.
Fransız mütəxəssis "Sent-Etyen", "Bordo", "Marsel", "İstr", "Kan" klublarını və Kot-divuar milli komandasını çalışdırıb, həmçinin PSJ və Fransa millisində Loran Blanın məşqçilər heyətində yer alıb.
Qasse Kot-divuar yığmasını Afrika Millətlər Kuboku–2023-də çalışdırmış, lakin qrup mərhələsi zamanı komandadan ayrılmışdı. Turnirin sonunda isə yığma çempion olmuşdu.
© Copyright 2026, All Rights Reserved