“Martin Odeqard ayrıldı və çox yaxşı iş gördü” Ançelotti
Karlo Ançelotti 26 yaşlı norveçli yarımmüdafiəçi, "Arsenal"ın kapitanı və "Real"ın yetirməsi olan Martin Odeqarddan danışıb.
90plus.az xəbər verir ki, "Los Blankos"un italiyalı çalışdırıcısı Ançelotti Odeqardın "Real"dan ayrılmasını düzgün qərar sayır:
“Martin Odeqard "Real Madrid"də olanda çox gənc idi. Cəmi 16 yaşı var idi və çox istedadlı idi. Yeni təcrübələr qazanmaq üçün klubdan ayrıldı və indi Avropanın ən yaxşı yarımmüdafiəçilərindən birinə çevrilib.”
“Kluba gələndə çox gənc idi. Əsas komandada oynamaq imkanı tapa bilmədi, çünki qarşısında Ronaldo, Benzema və Rodriqez kimi futbolçular var idi. İstedadını göstərə biləcəyi boşluq yox idi. Oynamaq şansı qazanmaq üçün ayrıldı və məncə, bu baxımdan çox yaxşı iş gördü.”
© Copyright 2026, All Rights Reserved