Mbappe Konateyə: “Gəl, ‘Real’a”
Kilian Mbappe “Real Madrid” üçün Konateni razı salır.
90plus.az xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe Fransa millisində birgə olduqları vaxt “Liverpul”un müdafiəçisi İbrahima Konate ilə gələcəyi barədə söhbətlər aparıb.
İspaniyanın Defensa Central nəşrinin məlumatına görə, Mbappe komanda yoldaşını 2026-cı ilin yayında azad agent kimi “Real Madrid”ə keçməyə tədricən razı salır.
Fransalı forvard hesab edir ki, Konate artıq Madrid klubuna qoşulmaq istəyindədir və hazırda “Real”ın rəsmi təklifini gözləyir.
ℹ️ 25 yaşlı Konate bu mövsüm “Liverpul”un əsas müdafiəçilərindən biridir və onun “Enfild”lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
© Copyright 2026, All Rights Reserved