Memfis Depay: “Onlar rəhbərlikdən rədd olub-getsinlər”
Memfis Depay: “Rəhbərlik AYILMALIDIR! Kluba zərər verənlər rədd olub-getsinlər”
90plus.az xəbər verir ki, Braziliya futbolunun nəhəng klublarından olan “Korintians”ın niderlandlı hücumçusu Memfis Depay Braziliya kubokunu qazandıqdan sonra klub rəhbərliyinə sərt mesajlar göndərib.
Təcrübəli futbolçu rəhbər şəxslərin kluba zərər verdiyini açıq şəkildə dilə gətirib:
“Rəhbərlik AYILMALIDIR! Bu klubu məhv edən icraçılar – DƏRHAL ÇIXIB GETSİN!”
Depay vurğulayıb ki, “Korintians” daha böyük hədəflər uğrunda mübarizə aparmalı, hər mövsüm Libertadores və Braziliya çempionluğu üçün savaşmalıdır:
“Bu klub böyüməlidir. Bu klub hər il Libertadores və Braziliya çempionluğu uğrunda mübarizə aparmalıdır. Çünki azarkeşlər buna layiqdir.”
Niderlandlı hücumçu kluba zərər vermək istəyənlərin dərhal uzaqlaşdırılmalı olduğunu da bildirib:
“Kim ‘Korintians’a zərbə vurmaq istəyirsə, qoy bu klubdan getsin. Rəhbərlikdən RƏDD OLUB GETSİNLƏR.”
Sonda Depay klubun struktur problemlərinə diqqət çəkib və öz məsuliyyətini də etiraf edib:
“Bu klubun yeni struktura ehtiyacı var. Mən bura bu strukturu qurmağa kömək etmək üçün gəlmişəm. Amma mənə daha çox dəstək lazımdır.”
Memfis Depayın bu açıqlamaları Braziliya mediasında geniş rezonans doğurub və “Korintians” rəhbərliyi üzərində ciddi təzyiq yaradıb. Klub daxilində yaxın günlərdə mühüm dəyişikliklərin baş verəcəyi istisna olunmur.
© Copyright 2026, All Rights Reserved