Messinin komanda yoldaşı karyerasını bitirir
"İnter Mayami"nin oyunçusu Jordi Alba karyerasını yekunlaşdırır.
90plus.az xəbər verir ki, 36 yaşlı ispaniyalı müdafiəçi bu barədə sosial media hesablarında video paylaşaraq açıqlama verib.O, MLS-də mövsüm başa çatdıqdan sonra, yəni bu ayın sonunda peşəkar futbolçu kimi fəaliyyətini dayandıracaq.
Qeyd: "Barselona" futbol məktəbinin yetirməsi olan, İspaniya yığmasının sabiq üzvü "Valensiya" və "Ximnastik" klublarının da formasını geyinib. 2012–2023-cü illər ərzində "Barselona"da çıxış edən Jordi Alba 6 dəfə La Liqa çempionu olub və bir dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. O, həmçinin İspaniya millisi ilə 2012-ci ildə Avropa çempionu tituluna sahib çıxıb.
© Copyright 2026, All Rights Reserved