“Midtülan”ın uğur sirri bilinib
Danimarkanın “Midtülan” klubundakı nümunəvi mədəniyyət – Mayk Tullberq danışdı.
90plus.az xəbər verir ki, Danimarkanın “Midtülan” klubunun baş məşqçisi Mayk Tullberq klubdakı mədəniyyət və dəyərlər barədə fikirlərini bölüşüb.
Tullberq bildirib ki, “Midtülan”ın əsas fərqi yerə möhkəm basan, sadə və səmimi mühitə malik olmasıdır:
“Midtülan”ın təmsil etdiklərini çox bəyənirəm. Klubda hər kəs ayaqları yerə möhkəm basan insanlardır. Gündəlik həyatın bir parçası olanda hiss edirsən ki, burada insanlar çox sadədirlər və futbolçu və ya məşqçi olduğun üçün özünü dünyanın ən vacib adamı kimi hiss etmirsən.”
Danimarkalı mütəxəssis klubdakı daxili münasibətlərin onu xüsusilə cəlb etdiyini vurğulayıb:
“Bu klubu sevməyimin əsas səbəblərindən biri də quruluşudur. Hamı birlikdə yemək yeyir, əsas komanda akademiya oyunçularından təcrid olunmur. İnsanlar daim, bağışlayın ifadəmə görə, özlərini həddindən artıq vacib hesab etmirlər.”
Sonda Tullberq “Midtülan”da özünü xoşbəxt hiss etdiyini gizlətməyib:
“Mən çox yaxşı bir məkana gəlmişəm və ümid edirəm ki, burada uzun müddət qalmağa icazə veriləcək.”
Qeyd: "Midtülan” hazırda Avroliqanın Liqa mərhələsində və öz ölkəsinin liqasında 2-ci sıradadır. Tullberq bu klubla 21 oyunda cəmi 4 dəfə uduzub. 14 qələbə, 3 heç-heçəsi var.
© Copyright 2026, All Rights Reserved