Nistelroyun komandası "rekord" qırdı
"Lester" İngiltərə Premyer Liqasında yeni bir mənfi rekorda imza atıb.
90plus.az xəbər verir ki, komanda ötən gecə 31-ci turda öz meydanında "Nyukasl"a 0:3 hesabı ilə məğlub olub.
"Lester" İngiltərə çempionatı tarixində ardıcıl 8 ev qarşılaşmasında qol vura bilmədən uduzan ilk klub kimi tarixə düşüb.
Ruud van Nistelroyun rəhbərliyi altındakı "Lester" Premyer Liqada keçirdiyi son 18 oyunda cəmi 2 dəfə qalib gəlib və yalnız 1 qarşılaşmada heç-heçə edib.
Hal-hazırda komanda 17 xal toplayaraq turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved