Norveçdə oyunun ən yaxşısına quzu hədiyyə etdilər
Norveç çempionatında çıxış edən “Bryüne” komandası futbolçusu Aksel Krüqeri qeyri-adi bir hədiyyə ilə təltif edib.
90plus.az xəbər verir ki, ötən gün “Höqesunn” üzərində 3:1 hesabı ilə qazandıqları qarşılaşmada oyunun ən yaxşısı seçilən müdafiəçiyə quzu verilib.
Qeyd: “Bryüne” klubunun belə bir addımı ilk dəfə deyil. Komanda daha öncə də oyunun seçilən futbolçularına süd və yumurta təqdim etmişdi.
© Copyright 2026, All Rights Reserved