Osimhenlə "Qalatasaray" arasında maaş problemi - "Cim-bom"da böhran
"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen son iki ay (yanvar və fevral) ərzində maaşını almayıb.
90plus.az xəbər verir ki, nigeriyalı futbolçu ötən yay "Napoli" klubundan 75 milyon avro qarşılığında birdəfəlik transfer edilmiş və illik 21 milyon avro (ümumi/brüt) maaşla müqavilə imzalamışdı.
Lakin yay transfer dönəmindən sonra maliyyə vəziyyəti ilə bağlı problemlərin yarandığı və futbolçuya iki aylıq əməkhaqqının ödənilmədiyi iddia olunur.
Ötən mövsüm 35 qol vuraraq "Qalatasaray"ın Süper Liqa çempionluğunda mühüm rol oynayan Osimhen son turda "Konyaspor"a qarşı səfər oyununda iştirak etməyib.
Onun heyətdən kənarda qalması maaş gecikməsi ilə bağlı iddiaları daha da gücləndirib. Mövcud vəziyyət futbolçunun yayda hansı qərarı verəcəyi ilə bağlı sualları artırır.
Klub və ya futbolçu tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved