Premyer Liqadan düşən ilk klub bəlli oldu
İngiltərə Premyer Liqasından aşağı liqaya düşən ilk klub "Southempton" oldu.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 31-ci turunun oyunları keçirilir. Bu tur "Tottenhem"lə Londonda qarşılaşan "Southempton" ölüm qalım matçına çıxmışdı. Matçı 3-1 məğlubiyyətlə başa vuran "müqəddəs"lərin liqadan düşdüyü dəqiqləşib.
”Sauthempton” Premyer Liqa tarixində mövsümün yekununa 7 tur qalmış liqadan düşməsi rəsmiləşən ilk komanda oldu.
Qeyd: "Southempton" 31 oyuna 10 xal toplaya bilib və sondan 4-cüdən 22 xal geridə qalıb.
Maraqlı: Aaron Ramsdeyl karyerasında 3-cü dəfə Premyer Liqadan aşağı liqaya düşdü:
Bornmut 2019-20
Şeffild Yunayted 2020-21
Sauthempton 2024-25.
© Copyright 2026, All Rights Reserved