"Qalatasaray"da ciddi itki - 2 həftə olmayacaq
Türkiyənin “Qalatasaray” klubunda ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı futbolçularından biri olan Leroy Sane zədələnib. Klub bu barədə rəsmi açıqlama yayıb.
Almaniya millisinin üzvü UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Mançester Siti” ilə keçirilən oyunda sağ ayağının topuğundan xəsarət alıb. 30 yaşlı cinah oyunçusunun təxminən iki həftə meydanlardan kənarda qalacağı bildirilir.
Xatırlatma: Leroy Sane mövsümün əvvəlindən “Qalatasaray”ın formasını geyinir. Təcrübəli futbolçu “sarı-qırmızılar”ın heyətində keçirdiyi 28 rəsmi görüşdə 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved