"Qalatasaray"dan İkardi ilə bağlı qərar
“Qalatasaray” mövsümün sonunda müqavilə müddəti bitəcək Mauro İkardi ilə bağlı yekun qərarını verib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçu ilə yeni müqavilə bağlamağa hazırlaşır. “Fotomaç”ın yaydığı məlumata əsasən, tərəflər yaxın günlərdə razılıq əldə edəcək.
İkardi ilə 2+1 illik yeni sözləşmənin imzalanması planlaşdırılır. 32 yaşlı futbolçu yeni müqavilə çərçivəsində illik 7 milyon avro maaş alacaq.
Xatırlatma: Mauro İkardi 2022-ci ilin yayından etibarən “Qalatasaray”ın formasını geyinir. Təcrübəli forvard bu mövsüm “sarı-qırmızılar”ın heyətində çıxış etdiyi 31 rəsmi qarşılaşmada 12 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved