"Qalatasaray"dan möhtəşəm qələbə – məğlubiyyətsizlik seriyası 10 oyuna çatdı
Türkiyə Super Liqasının 22-ci turunda "Qalatasaray" doğma meydanda "Eyüpspor"u qəbul edib. "RAMS Park" stadionunda keçirilən qarşılaşmada sarı-qırmızılılar üstün oyun nümayiş etdirərək rəqibini 5:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, matçın ilk hissəsini 2:0 hesabı ilə öndə başa vuran İstanbul təmsilçisi ikinci hissədə də hücumlarını davam etdirərək fərqi artırıb və inamlı qələbə qazanıb.
Bu nəticə ilə "Qalatasaray" liqadakı məğlubiyyətsizlik seriyasını 10 oyuna yüksəldib. Komanda bu mövsüm çempionatda sonuncu dəfə 12-ci turda səfərdə "Kocaelispor"a 0:1 hesabı ilə uduzub. Həmin məğlubiyyətdən sonra keçirilən 10 qarşılaşmada 8 qələbə qazanan "Cim Bom" 2 dəfə də heç-heçə edib.
"Qalatasaray" növbəti turda səfərdə "Konyaspor"la qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved