“Qarabağ” xal itirdi
“Qarabağ” autsayderlərdən biri ilə oyunda xal itirdi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qarabağ" səfərdə "Qəbələ" ilə heç-heçə edib:
Qəbələ 1 - 1 Qarabağ
K. Borges 29’
İ. Akinade 57’
Qollar: https://t.me/doxsanplus/116824
Matçın diqqətçəkən məqamlarından biri də “Qarabağ”ın qazandığı penalti olub. Lakin “Qəbələ”nin qapıçısı Səlahət Ağayev penaltini dəf edərək komandasını məğlubiyyətdən xilas edən əsas fiqurlardan birinə çevrilib.
Bu nəticədən sonra “Qarabağ” çempionluq yarışında vacib xal itkisi yaşayıb. Hazırda Ağdam klubu turnir cədvəlində 2-ci, “Qəbələ” isə 11-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved