“Arsenal” TOP-5-də ən çox oyuna çıxandır
Bu bazar "Arsenal" 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 60-cı oyununa çıxacaq və Avropanın “Top-5” liqaları arasında bu göstəriciyə çatan ilk komanda olacaq.
90plus.az xəbər verir ki, London təmsilçisi mövsüm boyunca bir neçə cəbhədə mübarizəni davam etdirərək yüksək sabitlik və dözümlülük nümayiş etdirib.
Müqayisə üçün qeyd olunur ki, Avropanın əksər nəhəng klubları mövsümün bu mərhələsində “Arsenal”dan 4-8 oyun az keçirib. Bu qədər ağır qrafik o deməkdir ki, komanda avqustdan bəri demək olar hər 4-5 gündən bir meydana çıxıb.
Buna baxmayaraq, “Arsenal” həm daxili yarışlarda, həm də kubok turnirlərində rəqabətədavamlı çıxışını və yüksək performansını qoruyub saxlaya bilib.
© Copyright 2026, All Rights Reserved