Qasperini "qızıl top"u bu nigeriyalıya vermək istərdi
“Atalanta”nın baş məşqçisi Can Pyer-Qasperini bu il “qızıl top”a kimin daha çox layiq olduğunu açıqlayıb.
90plus.az “Sky Sport”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcının seçimi “Atalanta”nın futbolçusu Adama Lukmandan yanadır:
“Mən “qızıl top”u kimə verərdim? Adama Lukman! Bu futbolçu öz oyunu ilə “Atalanta”ya Avropa Liqasını qazanmağa kömək etdi”.
“Qızıl top”a əsas namizəd “Real”da çıxış edən braziliyalı hücumçu Vinisius Junior hesab olunur.
© Copyright 2026, All Rights Reserved