Qyökereş Premyer Liqa klubuna yazılır
Lissabonun "Sportinq" komandasının forvardı Viktor Qyökereş karyerasını İngiltərənin aparıcı klublarından birində davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, isveçli hücumçunun adı əvvəllər "Mançester Yunayted"lə hallansa da, onun "Arsenal"a transferi daha real görünür.
"Topçular" 26 yaşlı hücumçunu yay transfer pəncərəsində heyətə cəlb etməyi planlaşdırır. Artıq tərəflər arasında danışıqlar başlanılıb.
Qeyd: Cari mövsümdə "Sportinq"in heyətində 46 oyunda iştirak edən Qyökereş 47 qol vurub və 11 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved