“Real”, “Barsa” və “Bayern” Qehi üçün mübarizədə
“Real Madrid” Mark Qehi üçün mübarizəyə qoşulub.
90plus.az xəbər verir ki, “Sky”ın jurnalisti Florian Plettenberqin “Real Madrid”in İngiltərə millisinin müdafiəçisi Mark Gehini transfer etmək üçün ciddi şəkildə yarışa daxil olduğunu yazır.
25 yaşlı futbolçu hazırda “Kristal Pelas”ın formasını geyinir və onun xidmətində “Barselona”, “Liverpul” və “Bayern Münhen” də maraqlıdır.
Qehinin klubla müqaviləsi 2026-cı ilə qədər qüvvədədir, lakin “Bayern” müdafiəçinin müqavilə müddəti başa çatdıqdan sonra onu azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir. Bu, Dayo Upamekano və Kim Min ilə bağlı qərarlardan asılı olacaq.
Münhen klubunun idman direktoru Maks Eberlin futbolçuya xüsusi rəğbət bəslədiyi və onun nümayəndələri ilə ilkin təmasların artıq baş tutduğu bildirilir.
Xabi Alonsonun rəhbərlik etdiyi “Real Madrid” isə Qehini müdafiə xəttini uzunmüddətli gücləndirmək üçün ideal seçim kimi görür — xüsusilə David Alaba və Antonio Rüdigerin zədələnməyə meyilli olması fonunda.
Digər tərəfdən, Hansi Flikin çalışdırdığı “Barselona” da təcrübəli futbolçunun vəziyyətini yaxından izləyir. Kataloniya klubu yayda İnyiqo Martineslə yollarını ayırdıqdan sonra müdafiə xəttini möhkəmləndirmək istəyir.
© Copyright 2026, All Rights Reserved