"Real Madrid" futbolçusu ilə "nikah təzələyəcək"
"Real Madrid" futbolçusu Antonio Rüdigerlə müqaviləsini yeniləməyə hazırlaşır.
90plus.az xəbər verir ki, Madrid klubu 32 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına qədər yeni müqavilə bağlamağı nəzərdə tutur.
Hərçənd ki, almaniyalı futbolçuyla Səudiyyə Ərəbistanı klubları da maraqlanır, Rüdigerin əsas istəyi karyerasını "Real"da davam etdirməkdir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Antonio Rüdiger 2022-ci ilin yayından "kral klubu"nun heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə ümumilikdə 145 oyunda iştirak edib, 7 dəfə rəqib qapısına yol tapıb və 2 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved