"Roma" Də Rossinin getməyini gözləyirmiş
"Roma" "Udinese" ilə matçda çətinlik çəkmədi.
90plus.az xəbər verir ki, Serie A komandası "Roma", pis nəticələrin ardından baş məşqçi Daniele De Rossi ilə yollarını ayırdı və yerinə Ivan Jurici gətirdi.
İtalyan nəhəngi, De Rossidən sonrakı ilk matçda "Udinese"ni qonaq etdi.
"Roma" rəqibini Artem Dovbyk, Dybala və Baldanzi'nin qolları ilə 3-0 məğlub etdi.
Çempionatda ilk qələbəsini qazanan "Roma" xallarını 6-ya yüksəltdi. Bu mövsümdə ilk məğlubiyyətini yaşayan "Udinese" isə 10 xalda qaldı.
© Copyright 2026, All Rights Reserved