Ronaldinyo seçimini etdi: "Onu izləməkdən zövq alıram"
“Barselona” və “Milan” komandalarının keçmiş hücumçusu Ronaldinyo izləməkdən zövq aldığı futbolçunun kim olduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, o bu fikirlərini “Milan Nyus”a verdiyi müsahibədə bölüşüb.
"Milan”ın heyətində keyfiyyətli oyunçular və güclü bir komanda var. Hesab edirəm ki, qarşıdakı mövsümdə böyük nailiyyətlər əldə edə bilərlər. Portuqaliyalı Rafael Leao isə heç bir məsləhətə ehtiyac duymur. Onun oyununu izləmək mənim üçün zövqdür,” – deyə Ronaldinyo bildirib.
Qeyd: Rafael Leao “Milan” komandasında 43 matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer qiyməti 75 milyon avro təşkil edir.
© Copyright 2026, All Rights Reserved