Ronaldodan etiraf: "Dünyanın ən yaxşısı mən, Messi və odur"
Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo gözlənilməz açıqlama verib.
90plus.az xəbər verir ki, dünya şöhrətli futbolçu “Give Me Sport”a verdiyi müsahibədə “Sənin fikrincə, dünyanın ən yaxşı futbolçusu kimdir?” sualını səmimiyyətlə cavablandırıb.
“O dövrlərin üç ən güclü futbolçusunu seçsəm, özümü, böyük ehtimalla Lionel Messini və Zinəddin Zidana adını çəkərdim”.
Bununla yanaşı, Ronaldo bu barədə müzakirələrin daim davam edəcəyini qeyd edib:
“Hətta Dünya Çempionatını qazansam da, dünyanın ən güclü futbolçusu ilə bağlı debatlar səngiməyəcək. Bəziləri məni çox sevir, digərləri isə daha az. Tarixdə mübahisələr yox, qazanılan rekordlar qalacaq. Təbii ki, Dünya Kuboku mənim mükafat kolleksiyam üçün böyük əlavə olardı. Amma bu sadəcə arzudur”.
© Copyright 2026, All Rights Reserved