Ronaldolu “Əl-Nəsr”dən böyükhesablı qələbə
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” İraq təmsilçisi “Əz-Zavra”nı 5:1 hesabı ilə darmadağın edərək Asiya Çempionlar Liqasının qrup mərhələsini 100 faizlik nəticə ilə başa vurdu.
90plus.az xəbər verir ki, D qrupundakı ilk beş oyunu buraxdıqdan sonra Kriştiano Ronaldo nəhayət ki, turnirdə ilk matçına çıxdı və görüşdə bir məhsuldar ötürmə ilə yadda qaldı. Lakin gecənin əsas qəhrəmanı dubl edən Kinqsli Koman oldu.
“Əz-Zavra”nın müdafiə xətti oyun boyu “Əl-Nəsr”in fasiləsiz hücumlarına qarşı heç bir cavab tapa bilmədi və cərimə meydançası ətrafında çoxlu boşluqlar buraxdı. Nəticədə görüş Səudiyyə təmsilçisi üçün asan qələbə ilə yekunlaşdı:
Əl-Nəsr 5 - 1 Əl- Zavra
K. Koman 12' 56'
Uesli 19'
Alamri 29'
J. Feliks 44'
Qbadomosi 50'
Qrupun lideri "Əl Nəsr" oldu!
© Copyright 2026, All Rights Reserved