“Sabah” NBA təcrübəli basketbolçu aldı
Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" basketbol klubu NBA təcrübəli oyunçu transfer edib.
90plus.az xəbər verir ki, ölkə çempionu "Sabah" NBA klubu "Orlando Mecik"də (2021/22) 8 matça çıxan Hassani Qravettlə müqavilə bağlayıb.
27 yaşlı ABŞ-li müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd: O son mövsümünü Polşanın "Şlask" klubunda keçirib: 40 oyun!
Mənbə: Klubun media hesabı
© Copyright 2026, All Rights Reserved