Samir Abasov püşkdən danışdı
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bəxtlərinə çıxan rəqibi dəyərləndirib.
90plus.az xəbər verir ki, Abasov klubun saytına açıqlamasında “Fehervar” (Macarıstan) haqqında bunları deyib:
"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Qeyd: "Sumqayıt" ilk matçı iyulun 25-də öz evində keçirəcək. Avqustun 1-də isə səfər olacaq.
© Copyright 2026, All Rights Reserved