Samuel Umtiti karyerasını bitirdiyi anları kədərlə andı
Samuel Umtiti peşəkar futbolu bitirmək qərarının arxasında dayanan emosional mübarizədən danışıb.
90plus.az xəbər verir ki, uzun illər zədələrlə mübarizə aparan 32 yaşlı müdafiəçi sentyabr ayında karyerasını başa vurduğunu açıqlayıb. Bu qərarı isə iki ay əvvəl verməsinə baxmayaraq, ictimaiyyətə açıqlamağın onun üçün çox çətin olduğunu bildirib.
“Karyeramı bitirdiyimi elan etmək üçün bir video hazırlamaq istəyirdim və bunu Lionda etmək niyyətində idim, çünki hər şey mənim üçün məhz orada başlamışdı. Əvvəldən bəri mənə dəstək olan insanlara təşəkkürümü göstərmək istəyirdim”, – deyə Umtiti The Elevate House podkastında bildirib.
Xəbəri paylaşdığı anı xatırlayan fransalı futbolçu əlavə edib:
“Video çəkilişi zamanı çox güclü emosiyalar var idi. Öz-özümə ‘Vay, bu doğrudan da sondur’ dedim. Hazır olduğumu düşünsəm də, qəribə hisslər yaşamağa başladım, bəzən göz yaşlarımı saxlaya bilmirdim. Halbuki iki ay əvvəl tam sakit idim. Amma həmin an gəlib çatanda asan olmadı – hətta videonu paylaşmaq belə çətin idi. Səhər paylaşmalı idim, amma daim təxirə saldım və sonda saat 5-6 radələrində dərc etdim. O gün göz yaşları içində idim.”
© Copyright 2026, All Rights Reserved