Stolüstü tenis üzrə ölkə çempionu oldular!
Stolüstü tennis üzrə Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik yaşlı idmançılar iştirak ediblər.
90plus.az xəbər verir ki, yarışın nəticələrinə əsasən şəxsi yarışlarda Xədicə Babazadə və Vaqif Babayev ölkə çempionu olublar. Qoşa mübarizədən Sofiya Trofimenko – Xədicə Babazadə, tandemi ilə Vaqif Babayev – Zərbah Muradov cütü qalib ayrılıb. Qarışıq qoşa növdə isə Vaqif Babayevlə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəliblər.
Qeyd: Paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi 3 gün davam edən yarışda mübarizə aparıblar.
Mənbə: Azərbaycan Tennis Federasiyasının media hesabı
© Copyright 2026, All Rights Reserved