"Sumqayıt"-"Fehervar" CBC Sportda yayımlanmayacaq
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Sumqayıt"-"Fehervar" matçı "CBC Sport" telekanalında yayımlanmayacaq.
90plus.az xəbər verir ki, həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi "CBC Sport" telekanalı ilə deyil, "İdman TV" telekanalı ilə canlı yayımlanacaq.
Qeyd: "Sumqayıt"-"Fehervar" oyunu iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab oyunu isə iyulun 31-də, Macarıstanda saat 21:00-da başlayacaq.
Mənbə: "Sumqayıt" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved