"Traktor" Asiyada və İranda hamıdan üstün oldu
Təbrizin “Traktor” futbol komandası ev oyunlarına gələn azarkeş sayı baxımından yenidən Asiya və İran üzrə birinci yeri tutub, dünya üzrə isə 11-ci sırada qərarlaşıb.
90plus.az xəbər verir ki, "Traktor”un ev qarşılaşmalarında ortalama olaraq 42,077 azarkeş iştirak edib.
Siyahıda “Traktor”dan yuxarı pillələrdə “Mançester Siti”, “Feyenord”, “Atalanta”, “Barselona”, “Leypsiq”, “Monterrey”, “PSJ”, “Latsio”, “Valensiya” və “Sao Paulo” kimi klublar yer alıb.
© Copyright 2026, All Rights Reserved