“Turan” “Zirə”ni uddu
“Turan” “Zirə”ni məğlub etdi – Tovuz klubu 5 oyundur uduzmur.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 21-ci turun maraqlı qarşılaşmalarından biri Tovuzda baş tutub. “Turan” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib.
Görüşə fəal başlayan meydan sahibləri hesabı erkən açmağı bacarıblar. Matçın 11-ci dəqiqəsində F. Ozobiç fərqlənərək komandasını önə keçirib. Cəmi 8 dəqiqə sonra – 19-cu dəqiqədə isə J. Silva dəqiq zərbə ilə hesab arasındakı fərqi artırıb.
İlk hissədə vurulan qollar oyunun taleyini həll edib. İkinci yarıda “Zirə” fərqi azaltmağa çalışsa da, Tovuz təmsilçisi üstünlüyünü qorumağı bacarıb və vacib 3 xalı aktivinə yazdırıb:
Turan 2 - 0 Zirə
F. Ozobiç 11’
J. Silva 19’
Qollar: https://t.me/doxsanplus/114634
Bu nəticədən sonra “Turan” çempionatda ardıcıl 5-ci oyununda da məğlub olmayıb və turnir cədvəlində mövqeyini möhkəmləndirib.
Turnir cədvəli (21-ci turdan sonra):
© Copyright 2026, All Rights Reserved